EN

Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın zənginləşdirilmiş uranının utilizasiyası məsələsində israrlı olduğunu bildirib.

Rubio NATO ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, danışıqlarda əsas məsələlərdən biri də gələcəkdə uranın zənginləşdirilməsi problemidir.

“Zənginləşdirilmiş uranın utilizasiyası məsələsi həll olunmalıdır. Eyni zamanda gələcəkdə uranın zənginləşdirilməsi ilə bağlı məsələ də müzakirə edilməlidir”, – deyə o bildirib.

Rubio ABŞ və İran arasında diplomatik prosesdə müəyyən irəliləyişin olduğunu da vurğulayıb: “Bunu nə şişirtmək, nə də kiçiltmək istəyirəm. Amma bu, yaxşı işarədir”.

Chosen
56
4
apa.az

6Sources