EN

10 ölkə Türkiyə ilə viza rejimini ləğv etdi

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Pandemiyadan sonra müxtəlif dövlətlər xaricdən çalışan peşəkarları cəlb etmək üçün “rəqəmsal köçəri vizası” proqramlarını genişləndirib.

Gununsesi.info xəbər verir ki, 2026-cı ildən etibarən aralarında Portuqaliya, İspaniya, Yaponiya, İtaliya, Yunanıstan, Xorvatiya, Estoniya, Kosta Rika, Panama və Tailand da daxil olmaqla 10-dan çox ölkə türk vətəndaşları üçün daha əlçatan viza imkanları təqdim etməyə başlayıb.

Məlumata əsasən, bu proqramlar əsasən gəlirini başqa ölkədən qazanan şəxslərə şamil olunur. Müraciət edənlərdən müəyyən gəlir səviyyəsi, tibbi sığorta və uzaqdan çalışdıqlarını təsdiqləyən sənədlər tələb edilir.

Ekspertlər hesab edir ki, ölkələr artıq rəqəmsal köçəriləri iqtisadi inkişaf üçün yeni imkan kimi görür. Xüsusilə Avropa və Asiya ölkələri yüksək gəlirli xarici mütəxəssisləri cəlb etmək üçün daha çevik və sürətli viza prosedurlarına üstünlük verir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
40
icma.az

10Sources