EN

Deputatdan boşanmış ailələrlə bağlı mühüm TƏKLİF

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aliment fondunun yaradılması ilə bağlı müxtəlif ölkələrdə fərqli təcrübələr tətbiq olunur. Buraya həm dövlət tərəfindən fonda subsidiya ayrılması, həm də məşğul əhali tərəfindən müəyyən ödəniş mexanizmlərinin formalaşdırılması daxildir. Azərbaycanda da bu istiqamətdə müzakirələr aparılır. Lakin hələlik aliment fondunun yaradılması ilə bağlı rəsmi qərar qəbul edilməyib".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, belə bir fondun yaradılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən də təklif olunub:

"Hesab edirəm ki, bu mexanizmin tam şəkildə əsaslandırılmasına ciddi ehtiyac var. Aliment fondunun yaradılması aliment ödənişlərinə məsuliyyətin azalmasına gətirib çıxarmamalıdır. Əksinə, bu fond daha çox həssas və sosial müdafiəyə ehtiyacı olan ailələrin dövlət tərəfindən daha yaxından dəstəklənməsinə xidmət etməlidir. Bu baxımdan, mexanizmlərin gücləndirilməsi, daha təkmil metodların tətbiqi və fondun fəaliyyət modelinin dəqiq əsaslandırılması vacibdir. Yəni fondun yaradılması sadəcə formal addım deyil, real sosial nəticələr verəcək şəkildə qurulmalıdır. Digər tərəfdən isə aliment ödənişləri ilə bağlı ümumi sistemin daha effektiv tənzimlənməsinə ehtiyac var. Xüsusilə aliment öhdəliyi olan vətəndaşların bu məsələyə daha məsuliyyətli yanaşmasını təmin edən yeni mexanizmlər tətbiq edilməlidir. Məqsəd ondan ibarət olmalıdır ki, ayrılmış ailələr və xüsusilə uşaqlar aliment almaqda çətinliklərlə qarşılaşmasınlar".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
1
redaktor.az

2Sources