EN

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

Bakı, 22 may, AZƏRTAC

WUF13 kimi mötəbər platformalar problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir. Tədbirdə hər bir ölkənin öz təcrübə və bacarıqlarını bölüşərək daha effektiv mexanizmlər təklif etməsi olduqca müsbət tendensiyadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən, Azərbaycanda təhsil alan fələstinli tələbə Abdallah Abukhalil deyib.

O bildirib ki, dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında bu cür beynəlxalq əməkdaşlığın rolu böyükdür.

"Hər ölkə il ərzində topladığı təcrübəni burada paylaşır, bu məlumatlar bir araya gətirilir və daha effektiv həllər hazırlanır. Bu həm yaradıcılığı artırır, həm də dünyadakı şəhərlərin daha yaxşı inkişafına imkan yaradır", - deyə o qeyd edib.

Müxbirlər - Kənan Aydın, Gülay Nəzərova
Fotoqraf - Elşad Mirzə
Operator - Şövqi Əzizov
Chosen
53
1
azertag.az

2Sources