Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.Metbuat.az xəbər verir ki, Niderland Kralının təbrik məktubunda deyilir: "Zatı-aliləri cənab Prezident.Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".