EN

Hikmət Hacıyev WUF13-ü işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür etdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işıqlandırılmasına görə təşəkkür edib.

Musavat.com Report-a istinadən xəbər verir ki, o, mətbuat üçün ayrılan məkana gələrək jurnalistlərlə görüşüb.

"Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Sizin hamınıza, redaksiyalarınıza təşəkkür edirəm", - H.Hacıyev deyib.

Chosen
39
4
musavat.com

5Sources