ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti Polşaya Birləşmiş Ştatlar qoşunlarının göndərilməsinin ləğvinə görə sərt tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, Tramp Heqset ilə telefon danışığı aparıb və ondan ABŞ qoşunlarının Polşaya göndərilməsinin niyə ləğv edildiyini izah etməsini tələb edib.
Həmçinin, o, Polşanın ABŞ-ın əsas müttəfiqlərindən biri olduğunu vurğulayıb.