EN

Uzun boylu insanlar daha çox qazanır?


Uzun boylu insanların əmək bazarında daha yüksək gəlir əldə etdiyi müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Economic Record” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma Avstraliyada aparılan HILDA sorğusunun məlumatlarına əsaslanıb. Alimlər əvvəlcə artıq çəkili insanların gəlir səviyyəsini araşdırmaq istəyiblər, lakin nəticələr başqa maraqlı məqamları üzə çıxarıb.
Belə ki, artıq çəki ilə maaş arasında əlaqə aşkar edilməməsinə baxmayaraq, boyun maaş üzərində mühüm rol oynadığı müəyyən edilib.
Nəticələrə görə, uzun boylu insanlar, xüsusilə kişilər, qısa boylu həmkarlarına nisbətən daha yüksək maaş alır.
Chosen
4
yeniavaz.com

1Sources