EN

Böyük Britaniya Kral Cəmiyyətinin üzvü: “44 gün Qarabağ – işğaldan azadlığa” kitabında insan amilinə xüsusi diqqət ayrılıb

Bakı, 22 may, AZƏRTAC

Həmkarım Patrik Uolş Azərbaycana və Qarabağ müharibəsi mövzusuna öz prinsiplərinə sadiq qalaraq, cəsarətli və obyektiv tarixçi mövqeyindən yanaşıb. 2018-ci ildə Azərbaycana səfəri və xüsusilə Milli Elmlər Akademiyasına gəlişi onda ölkəmizə maraq oyadıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson müəllifləri Patrik Uolş və Səidə İsmayılzadə olan “44 gün Qarabağ – işğaldan azadlığa” kitabının təqdimat mərasimində deyib. O bildirib ki, kitab geniş araşdırmalara əsaslanan fundamental akademik əsərdir və müəlliflərin müasir hadisələrə analitik yanaşmasını əks etdirir: “Əsərdə insan amilinə xüsusi diqqət ayrılması vacib məqamlardandır. Bu yanaşma müasir dünyanın mürəkkəbliyini, xarici qüvvələr və təcavüzkar erməni liderləri tərəfindən alovlandırılan müharibəni, Azərbaycanın qələbəsinə aparan siyasi prosesləri, sülh təşəbbüslərini, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini daha yaxşı anlamağa imkan yaradır. Kitab, həmçinin beynəlxalq aləmdə əhəmiyyəti artan vahid Cənubi Qafqaz ideyasına diqqət çəkir”.

Müxbir - Aysel Azadqızı

Chosen
41
azertag.az

1Sources