Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb. 1news.az xəbər verir ki, təhvilvermə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində baş tutub. WUF13-ün bağlanış mərasimində Mexiko şəhərinin videotəqdimatı keçirilib. Beləliklə WUF14 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.