EN

“Qəbələ” azarkeşləri Mingəçevirə gedib

1-ci liqada turun, hətta mövsümün mərkəzi qarşılaşması 17.00-da start götürəcək.

Söhbət “Mingəçevir” - “Səbail” oyunundan gedir. Bu görüşün qalibi pley-offda “Qəbələ”nin rəqibi olacaq.

“Qəbələ” azarkeşləri də oyunu canlı izləyir. “Red Black Army”nin keçmiş rəhbəri Nəriman Təbriz bu barədə paylaşım edib.

Qeyd edək ki, “Səbail” heç-heçə də etsə, “Qəbələ”yə rəqib olacaq.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
20
1
football-plus.az

2Sources