EN

Nura Suri: “Uşaq pulu tələb edən insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir”

“Uşaq pulu məsələsi ətrafında yaranan söz-söhbət heç də ürəkaçan mənzərə yaratmır. Danışanda bir az diqqətli olun, insanları əzməyin. Düşünün, analiz edin, empatiya hissiniz olsun”.

 
Müğənni Nura Suri uşaq pulu mövzusu ilə bağlı fikirlərini bölüşüb.
 
O bildirib ki, uşaq pulunu tələb edənlər ehtiyacı olan insanlardır: “Uşaq pulu tələb edən insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir. Uşaq böyütmək maddi baxımdan o qədər çətindir ki, bir neçə ildən sonra heç kəs bir uşaqdan artıq övlad dünyaya gətirmək istəməyəcək. Bir ailədə 3 nəfərin (ata, ana, uşaq) kreditə girmədən normal yaşaması üçün bugünkü gündə evə ayda ən az 1500 manat qazanc gəlməlidir. O da əgər həmin ailənin öz evi varsa, kredit və ya ipoteka ödənişi yoxdursa”.
 
Müğənni onu da vurğulayıb ki, övladlarını özəl xəstəxanalarda dünyaya gətirib, özəl məktəblərdə oxutdurub, peyvəndlərini də özəl klinikalarda vurdurub: “Dövlətin pulsuz xidmətlərindən heç vaxt istifadə etməmişəm. Düşünürəm ki, imkanı olan şəxslərin çoxu belə edir”.

Chosen
68
8
yenilik.az

9Sources