EN

AVROPA İTTİFAQI İSRAİLƏ QARŞI YENİ SANKSİYALARI MÜZAKİRƏ EDƏCƏK » AzadMedia.az

AVROPA


Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri mayın 27-28-də Kiprdə keçiriləcək görüşdə İsrailə və İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvirə qarşı sanksiyalar qəbul etməyəcəklər. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Anvar əl-Anuni Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, “Gymnich” formatında keçiriləcək görüş qeyri-rəsmi xarakter daşıyır və burada müxtəlif məsələlər müzakirə olunsa da, praktiki qərarlar qəbul edilmir. Anvar əl-Anuni əlavə edib ki, sanksiyaların təsdiqlənməsi üçün Avropa İttifaqına üzv bütün ölkələrin yekdil razılığı tələb olunur.

Bundan əvvəl “Politico” nəşri yazıb ki, İsveç, İtaliya və Çexiya da daxil olmaqla bir sıra Avropa ölkələri Ben-Qvirə qarşı sanksiyaların tətbiqini tələb edir. Buna səbəb isə “Sumud” adlı fələstinpərəst flotiliya fəalları ilə bağlı insident göstərilir.

Məlumata görə, Itamar Ben-Qvir sosial şəbəkədə fəalların İsraildə saxlanılması görüntülərini yayıb. Videoda İsrail hüquq-mühafizə orqanlarının saxlanılan şəxslərlə alçaldıcı davranışı əks olunub.

İsrail Xarici İşlər Nazirliyi isə mayın 19-da Qəzza zolağı sahillərinə doğru hərəkət edən “Sumud” flotiliyasına aid bütün gəmilərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, ümumilikdə 430 fələstinpərəst fəal saxlanılıb və onların İsrail ərazisinə gətirilərək konsulluq nümayəndələri ilə görüşdürülməsi planlaşdırılır.

Qeyd edək ki, “Qlobal flotiliya”nın “Sumud” adlı aksiyası apreldə başlayıb. Təşkilatçılar məqsədlərinin Qəzzaya tətbiq olunan İsrail dəniz blokadasını yarmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bildirirlər. İsrail mediasının məlumatına görə, ölkənin müdafiə qüvvələri beynəlxalq sularda flotiliya gəmilərini dayandırmağa başlayıb.

Chosen
17
1
azadmedia.az

2Sources