Məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsinə bərpa edilən Kamal Kılıçdaroğlu sosial mediada böyük etiraz dalğasının hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, sözügedən qərardan sonra 11 milyon izləyicisi olan Kılıçdaroğlu “X” sosial media platformasında 2 milyona yaxın izləyicisini itirib.
Bildirilib ki, Kılıçdaroğlunun məhkəmənin qərarına tabe olacağını və mövqeyi qəbul edəcəyini bildirməsi CHP seçicilərinin sərt reaksiyasına səbəb olub.