EN

Bağçada müəmma: Uşaqları bir-bir tualetə aparıb və...

Rusiyanın Tuva Respublikasının paytaxtı Kızılda uşaq bağçası ilə bağlı ciddi iddialar ortaya çıxıb.

Publika.az xəbər verir ki, “Komsomolskaya Pravda - Krasnoyarsk” nəşrinin məlumatına görə, bir neçə qadın polisə eyni məzmunlu şikayətlə müraciət edib. Şikayət edən valideynlər övladlarının eyni uşaq bağçasına getdiyini bildiriblər.

Onların sözlərinə görə, uşaqların bədənində şpris izlərinə bənzər izlər aşkarlanıb. Uşaqlar isə tərbiyəçi və onun köməkçisinin onları tualet otağına apararaq naməlum iynələr vurduğunu iddia ediblər.

Hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılır. İstintaqın nəticəsindən asılı olaraq, “yetkinlik yaşına çatmayanların tərbiyə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi” maddəsi ilə cinayət işinin açılması istisna edilmir.

Chosen
16
publika.az

1Sources