EN

Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu rayonlar SİYAHI

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2026-cı il aprelin 1-i tarixinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı respublika üzrə 349 min 944 nəfər təşkil edib.

"AzPolitika" Valyuta.az-a istinadən xəbər verir ki , 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 96,66 manat olub.

Ünvanlı dövlət sosial yardımın ən yüksək olduğu iqtisadi rayon və inzibati ərazi vahidləri arasında 101,08 manat ilə Şəmkir rayonu yer alıb.

Ən yüksək orta aylıq yardım məbləği verilən rayonlar isə aşağıdakılar olub:

Şəmkir rayonu - 101,08 manat

Gədəbəy rayonu - 100,74 manat

Tovuz rayonu - 100,10 manat

Quba rayonu - 99,80 manat

Astara rayonu - 99,18 manat

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
5
azpolitika.info

6Sources