EN

“Mançester Siti”də Qvardiola dönəmi başa çatır

BAKI, 22 may. TELEQRAF

“Mançester Siti”də Xosep Qvardiola dönəmi başa çatır.

Teleqraf xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti ispaniyalı mütəxəssislə mövsümün sonunda yolların ayrılacağını açıqlayıb.

2016-cı ildən “şəhərlilər”i çalışdıran Qvardiola klub tarixinin ən uğurlu baş məşqçilərindən biri kimi yadda qalıb. Onun rəhbərliyi altında “Mançester Siti” həm İngiltərədə, həm də Avropada ciddi uğurlara imza atıb.

Təcrübəli mütəxəssis komanda ilə 6 dəfə Premyer Liqa, 3 dəfə İngiltərə Kuboku, 5 dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Qvardiola həmçinin “Mançester Siti”yə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğu titullarını da qazandırıb.

Chosen
27
teleqraf.com

1Sources