EN

BMT nin nümayəndəsi: Mənzil qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin başlanğıcıdır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Mənzil yalnız yaşayış yeri deyil, qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin başlanğıcıdır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.

O bildirib ki, ünvanın olması insanın bank, məktəb, xəstəxana və digər xidmətlər üçün görünən və əlçatan olmasının başlanğıcıdır.

“Uzun illər ərzində bir çox qadının yaşadığı ev atasının, ərinin və ya digər kişi ailə üzvünün adına olub”, - deyə o vurğulayıb.

Rebeka Qrinspan qeyd edib ki, bir çox ölkələrdə qadınlar hələ də mənzil və torpaq hüquqları ilə bağlı hüquqi məhdudiyyətlərlə üzləşirlər. O əlavə edib ki, mənzil siyasəti hazırlanarkən icmaların və xüsusilə qadınların fikirləri nəzərə alınmalıdır.

Müxbir - Aytən Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
azertag.az

3Sources