EN

Tanınmış siyasətçi “Predo” fabrikini ziyarət etdi

WUF 2026 tədbiri çərçivəsində Bakıda səfərdə olan Türkiyənin tanınmış siyasətçisi və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahin “Predo” markasının fabrikini ziyarət edərək müəssisənin istehsal imkanları ilə tanış olub.

Türkiyənin tanınmış siyasətçisi Fatma Şahin Bakıda “Predo”nun fabrikini ziyarət edib.

2011–2013-cü illərdə Türkiyə Respublikasının ilk Ailə və Sosial Siyasət naziri vəzifəsində çalışmış, hazırda isə Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri olan Fatma Şahin WUF 2026 tədbiri çərçivəsində Bakıya səfəri zamanı “Predo”nun Azərbaycanda fəaliyyət göstərən fabrikini ziyarət edib və müəssisə rəhbərliyi ilə görüş keçirib.
Səfər zamanı qonaq fabrikin istehsal prosesi, texniki imkanları və məhsul çeşidləri ilə yaxından tanış olub.
Ziyarət çərçivəsində “Predo” rəhbərliyi tərəfindən müəssisənin fəaliyyəti, istehsal gücü və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, fabrikdə müasir texnologiyalardan istifadə olunur və istehsal prosesində beynəlxalq keyfiyyət standartlarına xüsusi önəm verilir.
Görüş zamanı iş adamı İbrahim Uyğur ilə bir araya gələn Fatma Şahin fabrikin fəaliyyəti, istehsal imkanları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.

Ziyarət xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Chosen
33
azerforum.com

1Sources