EN

"Hər kəsi Meksikada salamlamaqdan məmnun olacam" - Səfir

Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında çıxış edib.

Redaktor.az xəbər verir ki, səfir dünyanın müxtəlif ölkələrindən iştirakçıları Meksikada salamlamaqdan məmnun olacaqlarını bildirib.

Mariya Viktoriya Romero Kabalyero çıxışını ölkəsində məşhur olan “Mənim evim sənin evindir” (“Mi casa es tu casa”) deyimi ilə bitirib.

Chosen
12
3
redaktor.az

4Sources