EN

2035 ci ilə qədər Astananın əhalisi 2,4 milyon nəfərə çata bilər

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Astananın əhalisi 2035-ci ilə qədər 2,3-2,4 milyon nəfərə çata bilər. Bununla əlaqədar olaraq paytaxt üçün zəruri mühəndislik və sosial infrastrukturun inkişafını nəzərdə tutan yeni Baş plan hazırlanır”.

525.az xəbər verir ki, bu barədə şəhər meri Jenis Kasımbek yerli mətbuata bildirib.

Onun sözlərinə görə, yenilənmiş Baş planın yaxın iki-üç ay ərzində qəbul edilməsi gözlənilir. Sənəddə əhali artımı nəzərə alınmaqla gündəlik həyat üçün zəruri olan sosial obyektlərin və infrastrukturun inkişaf etdirilməsi nəzərdə tutulur.

Jenis Kasımbek qeyd edib ki, hazırda paytaxtda daimi yaşayan sakinlərin sayı 1,7 milyon nəfərə çatıb. Bundan əlavə, hər gün yaxınlıqdakı yaşayış məntəqələrindən 200 mindən çox insan Astanaya gəlir.

“Təkcə Kosşidən Astanaya hər gün 60-70 min insan işə gedir. Həmçinin paytaxtda təxminən 100 min  insan qeydiyyatsız yaşayır və işləyir. Beləliklə, hər gün təxminən 2 milyon insan Astanada olur”, - mer deyib.

O əlavə edib ki, hazırda paytaxtda su çatışmazlığı yoxdur və mövcud ehtiyatlar bir neçə il kifayət edəcək: "Əvvəllər içməli su çatışmazlığı problemi var idi. İndi isə belə bir problem yoxdur. Növbəti bir neçə il üçün artıq su ehtiyatı yaratmışıq. Bundan əlavə, yeni bir layihəyə - Satpayev İrtış kanalından Karaqandaya su kəmərinin çəkilişinə başlamışıq. Layihənin 2028-2029-cu illərdə başa çatdırılması planlaşdırılır. Nəticədə, şəhərdə paytaxtın ehtiyaclarını daha 10 il ödəyəcək dördüncü stansiya olacaq. Su təchizatı problemi tamamilə həll olunacaq".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
525.az

1Sources