EN

Arbeloa “Real”dan ayrılır

BAKI, 22 may. TELEQRAF

“Real”ın baş məşqçisi Alvaro Arbeloa klubdan ayrılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mövsümün son oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan ispaniyalı mütəxəssis Madrid klubuna minnətdarlığını bildirib:

“Futbolçular məni daha yaxşı məşqçiyə çevirdilər və hər gündən zövq almağa vadar etdilər. “Real”dan böyük minnətdarlıq hissi ilə ayrılıram”.

İspaniya mətbuatında yer alan iddialara görə, “Kral klubu”nun yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə Madrid təmsilçisini çalışdırıb.

Chosen
1
3
teleqraf.com

6Sources