525.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Son dövrlərdə peşə təhsilinə marağın və inkişafın artdığı aydın şəkildə hiss olunur. Əvvəlki illərlə müqayisədə hər il bu sahəyə müraciət edənlərin həm oğlanların, həm də qızların sayında artım müşahidə edilir. Onlar müxtəlif peşə istiqamətlərinə yönəlirlər. Düşünürəm ki, bəzi bölgələrdə peşə təhsili ilə bağlı düzgün maarifləndirmə və təbliğat işləri daha sistemli şəkildə aparılarsa, xanımların bu sahəyə cəlb olunması daha da genişlənə bilər".
Təhsil eksperti Elçin Əfəndi bunu 525.az-a deyib. Ekspertin sözlərinə görə, əvvəlki illərdə bəzi regionlarda qızların təhsil alması müxtəlif səbəblərdən məhdud idi. Bu, bəzən ənənəvi düşüncə tərzi ilə, bəzən isə erkən nikah halları ilə bağlı olurdu:
“Lakin hazırkı müşahidələr göstərir ki, xanımlar həm peşə təhsilində, həm orta ixtisas təhsilində, həm də ali təhsildə geniş şəkildə təmsil olunurlar. Hətta bəzi ixtisaslar üzrə onların üstünlük təşkil etdiyini də görmək mümkündür”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.