EN

Bakı-Tbilisi qatarında daha ucuz qiymətə sərnişin daşınması müzakirə edilir - RƏSMİ

"Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

Redaktor.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Chosen
32
10
redaktor.az

10Sources