EN

Alis Piva: Şəhərsalma planetin ekoloji sərhədləri ilə uzlaşmalıdır

Memarlıq və mühəndislik bu gün yaşadığımız planetar böhranın yaranmasında müəyyən məsuliyyət daşıyır. Buna görə də biz tikinti və yaşayış metodlarını planetin ekoloji sərhədləri ilə uyğunlaşdıracaq şəkildə genişləndirməyin yollarını tapmalıyıq.

 

AZƏRTAC xəbər verir ki, bunu Braziliyada Qlobal Yaşıl-Boz İnfrastruktur Təcrübə Birliyinin Baş Koordinatoru Alis Piva mayın 22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Belemdən Busana- Dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi" adlı panel sessiyada deyib.

 

"İnsanlar tərəfindən dəstəklənə biləcək gələcək vizyonları yaratmalıyıq. Buna görə də adaptasiya biliklərinin öyrədilməsi, paylaşılması və yayılması üçün ciddi investisiyalara ehtiyac var", - deyə o diqqətə çatdırıb.

Tarix: 22 May 2026, 13:45   
Chosen
22
pravda.az

1Sources