EN

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb

(®) “Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.

“Azərsun Holdinq” də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cavab verdiyi üçün ikinci dəfə təltif olunub. Mükafat şirkətlər qrupunun baş icraçı direktoru Savaş Uzana təqdim edilib.

Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.

Deloitte Best Managed CompaniesAzərsun Holdinq mükafat aldıBest Managed Companies 2026Azərsun HoldinqDeloitte biznes mükafatıSavaş UzanAzərsun Holdinq ikinci dəfə təltif olunduAzərbaycanda korporativ idarəetməbiznes mükafatları 2026Azərsun Holdinq xəbərləriDeloitte Azərbaycanən yaxşı idarə olunan şirkətlərşəffaf idarəetməbiznesdə peşəkar idarəetməAzərbaycanda holdinq xəbərləriAzərsun Holdinq uğurumaliyyə göstəricilərinə görə mükafatinsan kapitalının inkişaf
Chosen
49
12
marja.az

10Sources