EN

Turizm sahəsində özəl sektorun fəaliyyəti düzgün istiqamətləndirilməlidir İqtisadçı

525.az saytına istinadən ain.az xəbər verir.

“Beynəlxalq tədbirlər, forumlar və müxtəlif qlobal platformalar vasitəsilə ölkəyə gələn turistlərin maraqlarına uyğun xidmətlərin inkişaf etdirilməsi önəmlidir. Turizm sahəsində özəl sektorun fəaliyyəti isə daha sistemli və düzgün istiqamətləndirilməlidir. Turist yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, uzunmüddətli dəyər yaradan bir müştəri kimi qəbul edilməlidir. Yəni xidmət “təqdim et və bitdi” prinsipi ilə deyil, davamlı məmnuniyyət və təkrar ziyarətə əsaslanan bir yanaşma ilə qurulmalıdır”.

Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova deyib. Ekspert qeyd edib ki, Türkiyə, Gürcüstan, Misir və digər ölkələrin təcrübələri göstərir ki, uğurlu turizm modelinin əsas şərti müştəri məmnuniyyətidir. Həmin ölkələrə səfər edən turistlərin yenidən qayıtmaq istəməsi, xidmət keyfiyyətinin və təcrübənin davamlı şəkildə inkişaf etdirilməsinin nəticəsidir:

“Turizm yalnız lüks xidmətlər və yüksək xərclər üzərində qurulmamalıdır. Əksinə, ölkəyə gələn hər bir turist üçün rahat, əlçatan və keyfiyyətli xidmətlərin təmin olunması əsas prioritet olmalıdır. Bu, həm iqtisadi davamlılıq, həm də ölkənin beynəlxalq imicinin gücləndirilməsi baxımından vacibdir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
525.az

1Sources