Mayın 22-də Xocavənd şəhərinə növbəti köç olub.
Aznews.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə, ümumilikdə 65 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.
Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən ibarət olub.