ain.az bildirir, Cebheinfo portalına istinadən.
Türkiyədə ana müxalifət partiyası olan CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci növbədənkənar qurultayı ilə bağlı Ankara Regional Apellyasiya Məhkəməsi 36-cı Mülki Kollegiyasının "mütləq etibarsızlıq" qərarından sonra siyasi kulislər silkələnib.
Qərardan sonra sədrliyi əlindən alınmış Özgür Özəl artıq müqavimət mesajı verib, Kamal Kılıçdaroğlu isə birlik və sakitliyə çağırıb. Kılıçdaroğlunun partiya liderliyinə dönəcəyi təqdirdə hansı yolla gedəcəyi hələ bəlli olmasa da, CHP- ilə bağlı təəccüblü bir iddia ortaya çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, jurnalist Fuat Uğur Kamal Kılıçdaroğlunun Ankara bələdiyyə başqanı Mənsur Yavaşı prezidentliyə namizəd elan edə biləcəyini irəli sürüb. "TGRT Haber"-də yayımlanan "Taksim Meydanı" proqramında danışan jurnalist Fuat Uğur Kamal Kılıçdaroğlunun potensial yol xəritəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, Kılıçdaroğlunun Mənsur Yavaşı prezidentliyə namizəd elan edəcəyini bildirib: "Düşünürəm ki, Kılıçdaroğlu partiyadakı vəziyyəti yoluna qoyduqdan sonra önümüzdəki günlərdə İstanbulun həbsdə olan bələdiyyə başqanı Əkrəm İmamoğlunu deyil, Mənsur Yavaşı prezidentliyə namizəd elan edəcək.
Hətta bununla bağlı bəzi söz-söhbətlər də dolaşır". Uğur, həmçinin partiyanın yeni qurultayının tarixinin 2027-ci ilə təxirə salına biləcəyini də iddia edib. O, daha sonra CHP-nin qurultay üçün 1-2 ay ərzində qərar verəcəyini, lakin tarixin 2027-ci ilin noyabrına təyin ediləcəyini bildirdib.
Digər tərəfdən, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş "mütləq etibarsızlıq" qərarından sonra verdiyi açıqlamada sakitliyə çağırıb:
"Gərginliyi artırmaq yox, ağılla hərəkət etmək, partiyanın 1-2 ay ərzində qurultayı ilə bağlı qərar verəcəyini bildirmək və proseduru demokratik şəkildə həyata keçirmək lazımdır".
Yavaş birlik və həmrəyliyə də vurğu edərək "Bu prosesi sakit şəkildə aşmaq, bizə ümid bağlayan milyonlarla insan qarşısında məsuliyyətimizdir",-deyib.
Xəzər
"Cebheinfo.az"
Açar sözlər:
Kılıçdaroğlu İmamoğlu Yavaş
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.