EN

“Paltardəyişmə otağımız 70 80 ci illərdən qalıb” Final öncəsi etiraf

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Paltardəyişmə otağımız 70-80-ci illərdən qalıb” – Final öncəsi etiraf

“Rayo Valyekano”nun qapıçısı Auqusto Bataliya UEFA Konfrans Liqasının “Kristal Pelas”a qarşı final oyunu öncəsi klublarındakı şəraitdən gileylənib.

QOL.az “Cadena SER”ə istinadən xəbər verir ki, argentinalı futbolçu komandanın infrastruktur problemlərindən danışıb.

“Əldə etdiyimiz uğur çox çətindir. Ümid edirəm ki, bu, klub üçün dönüş nöqtəsi olacaq və inkişaf başlayacaq. Bizim idman bazamız köhnəlib, soyunub-geyinmə otaqlarımız isə 70-80-ci illərdən qalıb. Bu uğurdan istifadə edib ruh yüksəkliyi yaratmalıyıq. Ümid edirəm ki, gələn mövsüm yenidən avrokuboklarda oynayacağıq”, - deyə Bataliya bildirib.

Qeyd edək ki, “Kristal Pelas” – “Rayo Valyekano” oyunu mayın 27-də Leyptsiqdəki “Red Bull Arena” stadionunda keçiriləcək.

Xatırladaq ki, “Rayo Valyekano” klubu 1924-cü il mayın 29-da yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
qol.az

2Sources