EN

UN-Habitat nümayəndəsi: Şəhərsalmada Azərbaycanın rolu artmaqdadır

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan artıq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməklə və qlobal mənzil böhranı ilə digər vacib şəhər problemlərinə diqqət çəkməklə mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən UN-Habitat-ın nümayəndəsi Metyu Benn deyib.

"Bakıda olduğumuz müddətdə şəhərdə yaradılan ictimai məkanları, yaşıl zonaları, nəqliyyat sistemlərini, piyadayönümlü infrastrukturu və şəhər inkişafı sahəsində görülən işləri müşahidə etdik. Azərbaycan müxtəlif ölkələri və tərəfdaşları bir araya gətirərək dayanıqlı şəhər inkişafı mövzusunda lider mövqeyini davam etdirə bilər", - deyə o diqqətə çatdırıb.

Müxbirlər - Kənan Aydın, Gülay Nəzərova
Operator - Şövqi Əzizov

 

Chosen
2
azertag.az

1Sources