EN

“İstehlak kreditlərinin sürətli artımı riskləri yüksəldir” Rəy

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnsanlar iş yerlərini itirdikdə, maaşlar azaldıqda və ya yaşayış xərcləri artdıqda kredit ödənişlərini vaxtında etməkdə çətinlik çəkirlər. İnflyasiya və qiymət artımı da ailələrin maliyyə yükünü ağırlaşdırır”.

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli söyləyib. İqtisadçı qeyd edib ki, yüksək kredit faizləri və bəzi hallarda vətəndaşların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilmədən kredit verilməsi də problemli kreditlərin artmasına səbəb olur:

“Xüsusilə istehlak kreditlərinin sürətli artımı riskləri yüksəldir. Valyuta məzənnəsində dəyişikliklər də xarici valyutada kredit götürən şəxslərə əlavə yük yarada bilər”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
525.az

1Sources