EN

“Kirayəçi evi tərk etmir” Ev sahibi zorla çıxarda bilər?

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Kirayə məsələlərində az hallarda rast gəlinsə də, bəzən bunu da görmək olur ki, kirayə sahibinin istəyinə, müqaviləyə baxmayaraq, kirayəşin evdən çıxmaq istəmir.

Bəs bu halda nə etməli?

Daha dəqiq, ev sahibi qapının açarını dəyişə, yaxud əşyaları çölə ata bilərmi?

Hüquqşünas Şamil Paşayev bu barədə Gununsesi.info-ya danışıb.

O bildirib ki, hətta polis belə birbaşa şəxsi evdən çıxarma qərarı verə bilməz.

“Bu məsələ əsasən məhkəmə qaydasında həll olunur. Ev sahibi müqavilənin bitdiyini sübut etməli, xəbərdarlıq etməli, sonra məhkəməyə müraciət etməlidir. Bəzən insanlar qapını dəyişir və ya əşyaları çölə atırlar. Bu isə əksinə, hüquqi problem yarada bilər”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
icma.az

1Sources