EN

“Sahil xətti və bir çox ərazilər federal mülkiyyət sayılır” Braziliya rəsmisi

ain.az, Redaktor.az saytına istinadən bildirir.

“Braziliyada əsasən federal mülkiyyət hesab olunan çoxsaylı torpaq və əmlak növləri mövcuddur. Buraya adalar, mağaralar, arxeoloji ərazilər və abidələr, sərhəd zonaları daxildir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində “Şəhərin inkişafı üçün torpaq əsaslı strategiya kimi dövlət əmlakının idarə edilməsi” adlı sessiyada Braziliyanın Federal Əmlak Katibliyinin katib müavini Aleksandra Vieira bildirdi.

“Həmçinin Braziliyanın bütün sahil xətti də federal mülkiyyət hesab olunur, çünki bu ərazilər müdafiə və ətraf mühit baxımından strateji əhəmiyyət daşıyır.

Bundan əlavə, şəhərlərin daxilində də federal mülkiyyətə aid çoxlu torpaq sahələri var. Yəni bu, müxtəlif tipologiyalara malik torpaqları əhatə edir və bir çox dövlət siyasəti istiqamətləri üçün strateji əhəmiyyət kəsb edir”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
redaktor.az

2Sources