EN

UN-Habitat-ın rəsmisi: İqlimədavamlı mənzil və şəhər infrastrukturu qurmaq üçün tikinti metodlarımızı dəyişməliyik

Bakı, 22 may, AZƏRTAC

Afrika şəhərləri iqlim risklərinin mərkəzinə çevrilib. Bu, qitənin bütün subregionlarında aydın görünür. Biz iqlimədavamlı mənzil və şəhər infrastrukturu qurmaq üçün tikinti metodlarımızı dəyişməliyik.

AZƏRTAC xəbər verir ki, bunu UN-Habitat-ın Afrika üzrə Regional Ofisinin mütəxəssisi Jane Lumumba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirdə deyib.

O bildirib ki, Afrikada əhalinin təxminən 5 faizi ipoteka kreditlərindən yararlana bilir. Böyük əksəriyyət isə qeyri-qanuni yaşayış məskənlərində yaşamaq məcburiyyətində qalır. Bu, onların seçimi deyil, rəsmi mənzil ekosisteminin mövcud tələbata adekvat cavab verməməsindən qaynaqlanır.

Fotoqraf - Nicat Haşımov

Chosen
29
1
azertag.az

2Sources