EN

Valideynlik təkcə nəzarət deyil, həm də strateji tərbiyə missiyasıdır

İctimai həyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. Pedaqoji, tibb, memarlıq, mühasibatlıq və s. sahələrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilmədən yüksək peşəkarlıqla fəaliyyət göstərilməsi mümkün deyil. Xüsusilə də, qeyd olunmalıdır ki, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün dövlət səviyyəsində bütün zəruri şərait yaradılmışdır.

Bunun bariz nümunəsidir ki, Respublikamızda təkcə 2024-cü ildə ölkə əhalisinin 83,1%-i kompüterdən istifadə edir ki, onun 27,5%-i 24 yaşınadək olan şəxslər təşkil edir. İnternetdən isə ölkə əhalisinin 90,8%-i istifadə edir ki, onun 20,8%-i 24 yaşınadək olan şəxslər təşkil edir. Mobil telefondan isə ölkə əhalisinin 93,1%-i istifadə edir (Bax: https://www.stat.gov.az/source/digital_development/).

Aparılan təhlillər ilk növbədə ölkəmizdə internet, kompüter və mobil telefon əlçatanlığını təsdiq edir. Təbii ki, bu, müsbət və təqdirəlayiq hal olaraq qəbul edilir. Çünki, dövlətimiz Azərbaycan gəncinin müasir dövrün çağırışlarına cavab verəcək şəkildə tərbiyə olunmasını, formalaşmasını təmin etməkdən ötrü bütün mümkün müasir üsul və vasitələrdən istifadə edir. Bunun üçün isə hər birimiz, o cümlədən uşaqlarımız, gənclərimiz də rəqəmsal texnologiyalardan sərbəst və məqsədyönlü şəkildə istifadə etmək bacarığına malik olmalıdır.

Aparılan araşdırmalar əsasında o da müəyyən olunmuşdur ki, ölkə əhalisinin 39,5% ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 39,9%-i əyləncə, rəqəmsal kontentdən istifadə məqsədləri ilə internetdən istifadə edir (Bax: https://www.stat.gov.az/source/digital_development/). Bizim hər birimizi narahat etməli olan əsas məsələ məhz budur. Çünki, rəqəmsal texnologiyalardan məqsədyönlü şəkildə, özünüinkişaf və müvafiq məlumatların əldə edilməsi məqsədi ilə asudə vaxtlarda istifadə edilməlidir. Lakin rəqəmsal texnologiyalara həddindən artıq insanın, xüsusilə də uşaqların aludə olması gələcəkdə nəinki onlardan istifadə edən şəxsə, hətta həmin şəxsin ətrafında olan insanlara neqativ təsirlərini göstərəcək, nəticələrini aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxaracaqdır.

Neqativ təzahürlərdən biri dəsosiofobiyadır.Sosiofobiya latın sözü olub, mənası “socius” - ümumi, birlik deməkdir, ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Sosiofobiya insanın cəmiyyət içində özünü narahat hiss etməsi, başqalarının onu pis qiymətləndirəcəyindən və ya tənqid edəcəyindən qorxması ilə bağlı psixoloji vəziyyətdir (Bax: Social Phobia: Clinical and Research Perspectives. Richard G. Heimberg, Michael R. Liebowitz, Debra A. Hope, Franklin R. Schneier. The Guilford Press (New York), 1995. səh. 11–13). Rəqəmsal dövrdə bu problem bir qədər fərqli formada ortaya çıxır. İnsanlar sosial şəbəkələr və virtual platformalar vasitəsilə ünsiyyət quranda özlərini daha rahat hiss edirlər. Çünki, canlı ünsiyyətdə olan həyəcan və gərginlik virtual mühitdə daha az olur və yaxud ümumiyyətlə olmur. İnsanların zamanla real ünsiyyətdən uzaqlaşaraq virtual mühitə bağlanması tendensiyasına bu gün bizim cəmiyyətimizdə də tez-tez rast gəlinir. Dediklərimizə misal olaraq rəqəmsal platformaları göstərmək olar.

Chosen
36
publika.az

1Sources