EN

Zakarias Uunona: Ərazilərin sərhədlərini müəyyənləşdirmək üçün dronlardan istifadə edirik

BAKI, 22 may. TELEQRAF

Bizdə qeyri-formal ərazilərə yaxınlaşdıqda, yəni planlaşdırılmamış və sürətlə genişlənən yaşayış zonalarında nəzarət üçün istifadə olunan dronlar var.

Teleqraf xəbər verir ki, bunu Namibiyanın Vindhuk şəhərinin meri Zakarias Uunona Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Sadəcə Təcrübədə Keçidlər. Birgə Qeyri-rəsmi və Böhran üçün Rəqəmsal Alətlərin Yaradılması" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, əvvəllər bu ərazilər dəqiq sərhədlərlə müəyyən edilməmişdi.

"Hazırda isə biz ərazilərin sərhədlərinin müəyyənləşdirilməsi (demarkasiya) üçün xüsusi avadanlıqla təchiz olunmuş dronlardan istifadə edirik. Bu dronlar artıq həmin əraziləri qeydiyyata alır və proses rəsmi idarəetmə ofisi tərəfindən nəzarət edilə bilir. Dronlar uçuşa buraxılır və müəyyən bir ərazinin formalaşmasını, genişlənməsini və mövcud vəziyyətini qeydə alır".

O həmçinin qeyd edib ki, şəhər polisində də istifadə olunan sistemlər var:

"Bu sistemlər qeyri-formal ərazilərə də qədər uzanır. Orada cinayət törədən və ya dəfələrlə saxlanılan şəxslərin profilləşdirilməsi aparılır. Yəni həmin şəxslər sistemdə qeydiyyata alınır. Onlar hər hansı bir ərazidə maraq dairəsinə düşürlərsə, sistem avtomatik olaraq həmin şəxsin harada olduğunu müəyyən edə bilir. Bundan sonra yerli əməliyyat qrupları əraziyə göndərilir və həmin şəxs saxlanılır.

Hər hansı cinayət hadisəsi baş verərsə, şəhər polisinin nəzarət otağı bütün şəhər üzrə hərəkətləri izləyir. Polis əməkdaşlarının fəaliyyəti və hərəkətləri də bu mərkəzdən monitorinq olunur. Bu sistem hələ də tam güclü deyil. Sistem daha stabil şəbəkə dəstəyi və əlavə texniki infrastruktur tələb edir".

Chosen
56
teleqraf.com

1Sources