Bakı, 22 may, AZƏRTAC
İnklüzivlik və şəhər siyasətləri mövzusu çox önəmlidir və bu sahəyə böyük maraq var.
AZƏRTAC xəbər verir ki, bu sözləri UN-Habitat-ın şəhər siyasəti üzrə mütəxəssisi Everlayn Odiambo Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” adlı tədbirdə çıxışı zamanı deyib.
"Səhv etmirəmsə, pakistanlı nazir belə bir sual vermişdi: “Siz mənzil haqqında danışırsınız, amma kim üçün? Doğrudanmı hamı üçün nəzərdə tutulur?” Bu gün biz bu suala cavab veririk: bəli, UN-Habitat olaraq bizim məqsədimiz hər kəs üçün mənzil və imkanlar yaratmaqdır. Bu da inklüzivlik deməkdir”.
İnsanlar şəhərlərin və şəhərsalma siyasətinin mərkəzində olmalıdır ki, bu proses düzgün və effektiv olsun", - deyə mütəxəssis əlavə edib.
Müxbir - Cavid Əliyev