EN

Patrik Lau: Azərbaycanın dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi layihələr diqqət mərkəzindədir

Bakı, 22 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə Bakının şəhər landşaftı və Azərbaycanın dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi layihələr diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bunu Asiya Habitat Cəmiyyətinin sədri Patrik Lau WUF13-də “Asiya Yaşayış Yerləri Cəmiyyəti- Təbiətə Əsaslanan Sistemlərlə Davamlı və Davamlı Mənzillərə Enerji Verən Doldurulan Landşaft” mövzusunda sessiyada deyib.

Patrik Lau Bakının şəhər görünüşü və inkişaf yanaşması ilə bağlı müsbət təəssüratlarını bölüşüb: “Bakı estetik yanaşma ilə dayanıqlılıq prinsiplərini birləşdirən şəhər nümunəsi kimi diqqət çəkir və şəhər məkanlarının formalaşdırılması istiqamətində həyata keçirilən bəzi layihələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlqar Cəfərov
Operator - Sara Əliyeva
Chosen
13
azertag.az

1Sources