EN

İsrailin zərbələri nəticəsində doqquz tibb işçisi yaralanıb

Livanın cənubundakı Tibnin şəhərinə İsrail Hərbi Hava Qüvvələrinin hava hücumunda ən azı doqquz tibb işçisi yaralanıb.

Ucnoqta.az bildirir ki, Livan Səhiyyə Nazirliyi bu barədə X-də məlumat verib.

Açıqlamada deyilir ki, düşmən təyyarələri şəhər xəstəxanasının yerləşdiyi əraziyə hücum edərək beş tibb bacısı da daxil olmaqla doqquz işçini yaralayıb.

Qeyd olunur ki, xəstəxana işçiləri hərbi vəziyyətə görə gecə-gündüz işləyir və humanitar missiyalarını yerinə yetirməyə davam edirlər.

Chosen
21
ucnoqta.az

1Sources