EN

Rusiya üzərində KABUS,Putin 3 cəbhədə MƏLUB OLUR,Z blogerlər HÖKUMƏTİ “DİDİR”-TV Musavat-Canlı debat

Mayın 22-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələrinə yönələn genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbətçi hava hücumundan müdafiə sistemləri gecə ərzində 200-dən çox hava hədəfini məhv edib.

Təyyarə tipli pilotsuz aparatları Belqorod, Bryansk, Voronej, Vladimir, Kaluqa, Kursk, Leninqrad və Lipetsk vilayətləri üzərində vurulub.

Bundan əlavə, Nijni Novqorod, Novqorod, Oryol, Ryazan, Smolensk, Tver, Tula və Yaroslavl vilayətlərində də PUA-ların hücumu qeydə alınıb. Hücumun Moskva vilayəti və Sankt-Peterburqu da əhatə etdiyi vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi bütün hava hədəflərinin növbətçi HHM vasitələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumatların dəqiqləşdirildiyi qeyd olunub. PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmət əməkdaşları işləyir.


Ukraynaya qarşı Rusiyanın tammiqyaslı işğalı Rusiyaya yenidən supergüc statusu qaytarmalı idi, lakin müharibənin beşinci ilində Kremlin özü üçün fəlakətli problemə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Müharibədəki hazırkı vəziyyəti təhlil edən müəlliflər Putinin qarşısında duran və hələlik həlli görünməyən üç böyük problemi qeyd edirlər:

“Birincisi, əsgər itkilərinin həddindən artıq çox olmasıdır. Qərb qiymətləndirmələrinə görə, Rusiya hazırda hər ay təxminən 35 min hərbçisini ölü və yaralı olaraq itirir. Rusiyalı müxalif jurnalistlər isə həlak olmuş rus hərbçilərinin sayını 352 min nəfər qiymətləndirirlər ki, onlardan təxminən 217 800 nəfərinin kimliyi müəyyən edilib.

Kreml hələ də yeni müqaviləli hərbçilər hesabına bu itkiləri kompensasiya edə bilsə də, ilin əvvəlindən etibarən Rusiya ordusunun sayını artırmaq artıq mümkün olmur.

İkincisi, Ukraynada artıq işğal olunmuş ərazilərin itirilməsidir. Rusiya uzun müddətdən sonra ilk dəfə olaraq ələ keçirdiyindən daha çox ərazi itirir. Hələlik söhbət böyük göstəricilərdən getməsə də, bu vəziyyət Rusiyanın yeni irəliləyişlərini mənasızlaşdırır. Hesablamalara görə, ilin əvvəlindən rus qoşunları cəmi 220 kvadrat kilometr ərazi ələ keçiriblər ki, bu da Ukrayna ərazisinin cəmi 0,04%-ni təşkil edir.
Bu göstərici Ukrayna ordusunun cəbhədəki irəliləyişləri ilə müqayisə olunur. Son aylar ərzində Ukrayna Müdafiə Qüvvələri 189 kvadrat kilometr ərazini işğaldan azad edib.

Üçüncüsü isə müharibənin artıq Rusiyanın öz ərazisinə qayıtmasıdır. Qısa xarici hərbi əməliyyat kimi planlaşdırılan müharibə beşinci ildə getdikcə daha çox Rusiya ərazisinə yayılır. Ukrayna pilotsuz uçuş aparatları artıq sistemli şəkildə Rusiyanın dərin arxa cəbhəsində yerləşən neft emalı zavodlarını, hərbi obyektləri və infrastrukturu hədəfə alır.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
41
musavat.com

1Sources