EN

Bolqarıstan Prezidenti: Ölkəmi WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək mənim üçün şərəf idi

“BMT-nin himayəsi altında keçirilən bu irimiqyaslı forumun təşkilinə görə Azərbaycanı təbrik etmək istərdim”.

Bunu Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində APA-ya eksklüziv müsahibəsində deyib.

Prezident Yotova bildirib ki, dünyanın müxtəlif ölkələrindən bu qədər dövlət və hökumət başçısını, nümayəndələri bir araya toplamaq böyük ambisiya və enerji tələb edir: “Mənim üçün ölkəm Bolqarıstanı WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək şərəf idi.

WUF13-də Bolqarıstanın yerli hakimiyyət nümayəndələri, o cümlədən Milli Bələdiyyələr Assosiasiyasının sədri və Veliko Tırnovo şəhərinin meri Daniel Panov da iştirak edirdi. Forum sürətli urbanizasiya çağırışlarının həlli ilə bağlı qabaqcıl təcrübə və ideyaların mübadiləsi üçün əla platformadır”.

Chosen
46
2
apa.az

3Sources