EN

"Bu problem indiki mərhələdə daha qabarıq şəkildə özünü göstərir" - Komitə sədri

"Adekvat mənzil hüququ insan ləyaqətinin, sağlamlığın, təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından biridir.   Bununla belə, qlobal miqyasda sistemli çatışmazlıqlar milyonlarla insanı bu hüquqdan tam şəkildə yararlanmaq imkanından məhrum edir".

"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bu problem xüsusilə qlobal mənzil və iqlim böhranlarının dərinləşdiyi indiki mərhələdə daha qabarıq şəkildə özünü göstərir:

"Qadınlar və qızlar adekvat mənzilə çıxış zamanı əlavə və çoxşaxəli maneələrlə üzləşirlər. Bu maneələr iqtisadi bərabərsizliklər, patriarxal stereotiplər, sosial müdafiə mexanizmlərinin qeyri-kafiliyi, torpaq və mülkiyyət hüquqlarına qeyri-bərabər çıxış, eləcə də gender həssas olmayan siyasət və institusional yanaşmalarla bağlıdır. Xüsusilə qadın başçılıqlı ailələr, məcburi köçkün qadınlar, yaşlı qadınlar, əlilliyi olan qadınlar və qeyri-formal məşğulluqda çalışan qadınlar daha yüksək həssaslıq şəraitində yaşayırlar.

Kredit və maliyyə resurslarına çıxışın məhdudluğu, təhlükəsiz mülkiyyət hüququnun zəif təmin olunması və mənzil siyasətində iştirak imkanlarının məhdudluğu onların sosial və iqtisadi dayanıqlığını zəiflədir. Gender əsaslı zorakılıq hallarında adekvat və təhlükəsiz mənzilin olmaması qadınları son dərəcə ağır seçim qarşısında qoyur — ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski ilə üzləşmək. Bu isə bir daha göstərir ki, mənzil siyasəti  yaşayış sahəsinin təmin olunması ilə yanaşı, həm də insan təhlükəsizliyi, sosial müdafiə və fundamental hüquqlar məsələsidir".

Anar Kəlbiyev

Chosen
15
unikal.az

1Sources