Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.
Â
Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.
Â
AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.
Tarix: 22 May 2026, 10:18Â Â Â