EN

ANAMA: Baş verən hadisələr mina xəritələrinin mövcud olmadığını sübut edir

BAKI, 22 may. TELEQRAF

Ermənistan tərəfindən təqdim olunan mina xəritələrində minaların yalnız keçmiş təmas xəttində basdırıldığı göstərilsə də, reallıq tam fərqlidir.

​Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, baş vermiş 262 mina insidentindən yalnız 101-i keçmiş təmas xəttində, qalanları isə bu xətdən çox-çox uzaqda qeydə alınıb:

"Bu da minaların heç bir fərq qoyulmadan, nizamsız şəkildə basdırıldığını və bir çox mina sahələrinin xəritələrinin ümumiyyətlə mövcud olmadığını sübut edir.

Chosen
17
1
teleqraf.com

2Sources