EN

Dostluq ayrı, iş ayrı Paşinyan Putindən danışdı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Dostluq dostluqdur, iş isə işdir. 

Dostluq münasibətlərinin iş məsələləri ilə hansı əlaqəsi var? Əgər münasibət dostcasınadırsa, bu, o deməkdirmi ki, biz fitosanitar standartların hüdudlarından kənara çıxmalıyıq?” 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin “Əgər siz Putinlə dostsunuzsa, o halda ixracla bağlı problemlərin yaranması və Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunun müzakirə olunması necə baş verdi?” sualına cavabında belə deyib. 

Onun sözlərinə görə, Ermənistanın AİB-dəki statusu məsələsini yalnız Ermənistan müzakirə edə bilər. Yəni çıxıb-çıxmamaq barədə qərarı yalnız Ermənistan verə bilər. “Başqa prosedur yoxdur. Eyni zamanda, biz digər suallara cavab verməyə hazırıq”,-deyə Paşinyan əlavə edib.

Paşinyan qarşılıqlı faydalı razılaşma qüvvədə olduğundan qaz qiymətlərinin artmayacağına əmin olduğunu bildirib: “Biz əvvəllər qaz tarifləri ilə bağlı dəqiq strateji razılaşmalar əldə etmişdik və onlara əməl edilməlidir”. 

“Fitosanitar standartlara cavab verməyən istənilən mal üçün həmişə olduğu kimi, gül ixracına da məhdudiyyətlər olub və olacaq”,-deyə Ermənistanın Baş naziri qeyd edib. 

“Son səkkiz ildə onlarla belə hal baş verib. Digər məhsullarla bağlı digər problemlər də olub. AİB-də isə idxal və ixrac edilən malların mənşəyi məsələsini daim müzakirə edirik. 

Məntiq budur ki, AİB-də istehsal olunan mallar AİB ölkələri daxilində sərbəst hərəkət etməlidir. Bu məsələ Birliyin bütün ölkələri ilə əlaqəli şəkildə daim müzakirə olunur”,-deyə Paşinyan vurğulayıb. 

O, Rusiyaya idxal edilən gülün AİB ölkələrində istehsal olunması məsələsinin aydınlaşdırılmasının vacibliyini qeyd edib. 

“Hazırda Ermənistanda nümayəndə heyəti var. Onlarla nümayəndə heyəti müxtəlif AİB ölkələrinə səfər edir”,-Paşinyan belə deyib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
cebheinfo.az

2Sources