EN

Paşinyan: Ermənistanın AİB dəki statusunu yalnız Ermənistan özü müzakirə edə bilər

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) statusu yalnız Ermənistanın özü tərəfindən müzakirə edilə bilər.Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "AİB qaydalarına əsasən, təşkilatın statusunu yalnız Ermənistan özü müzakirə edə bilər, yəni çıxmaq qərarına gələ biləcək üzv ölkə. Başqa prosedur yoxdur. Amma biz istənilən məsələni müzakirə edə bilərik. İnanıram ki, tərəfdaşlarımızın sualları ola bilər və biz onları həvəslə cavablandıracağıq”, - deyə Ermənistanın baş naziri jurnalistlərlə söhbətində bildirib.Mayın 9-da Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, Yerevan Aİ və ya AİB-də iştirak məsələsinə mümkün qədər tez qərar verməlidir.Arzu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
newscenter.az

1Sources