EN

Ronaldonun 8-ci ölkə çempionluğu - Video

style='margin-bottom:10px;'>

Kriştiano Ronaldo “Əl-Nəsr”lə ilk rəsmi titulunu qazanıb.

QOL.az xəbər verir ki, Ər-Riyad təmsilçisi 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı çempionu olub. Komanda son – 34-cü turda “Damak”ı 4:1 hesabı ilə məğlub edib.

41 yaşlı portuqaliyalı hücumçu görüşdə dubla imza atıb və komandasının çempionluğunda mühüm rol oynayıb. Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçəndən sonra ilk dəfə rəsmi kubok qazanıb.

Bu, təcrübəli futbolçunun karyerasında 8-ci ölkə çempionluğu olub. O, daha əvvəl “Mançester Yunayted”lə 3 dəfə İngiltərə Premyer Liqasını, “Real” Madridlə 2 dəfə İspaniya çempionatını, “Yuventus”la isə 2 dəfə İtaliya A seriyasını qazanıb. Ronaldonun ölkə çempionu ola bilmədiyi yeganə klub isə doğma “Sportinq”dir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Chosen
42
1
teleqraf.com

2Sources