EN

İranla müharibə yenidən başlasa: Dğyüşə nə çıxarılacaq?

ABŞ THAAD tutucu arsenalının yarısından çoxunu İsrailə sərf edib.

"Cebheinfo.az"-ın "The Washington Post" qəzetinə istinadən məlumatına görə, ABŞ son müharibə zamanı İsraili İran hücumlarından müdafiə etmək üçün THAAD tutucu arsenalının yarısından çoxunu verib.

Nəşrin məlumatına görə, ABŞ İsraili müdafiə etmək üçün 100-dən çox SM-3 və SM-6 tutucusundan istifadə edib, İsrail özü isə 100-dən az Arrow tutucusundan və təxminən 90 David's Sling raketindən istifadə edib.

Bir ABŞ rəsmisi qəzetə bildirib ki, İranla müharibə yenidən başlasa, ABŞ İsraili müdafiə etmək üçün daha çox tutucudan istifadə etməli olacaq.Çünki İsrail bir neçə raketdən müdafiə batareyası təmirə göndərmək qərarına gəlib.

Mənbə nəşrə bildirib ki, İsrail təkbaşına müharibələrdə döyüşmək və qalib gəlmək iqtidarında deyil: "Amma bunu heç kim bilmir, çünki onlar heç vaxt qarşı tərəfi görmürlər".

Nəşrə verdiyi müsahibədə Pentaqon İsraillə məsuliyyəti bölüşməklə bağlı suala cavab verməyib. Pentaqon qeyd edib:

"Ballistik raket tutucuları geniş sistem və imkanlar şəbəkəsində yalnız bir vasitədir".

Vaşinqtondakı İsrail səfirliyi məlumata cavab olaraq "ABŞ-nin İsraillə eyni hərbi hazırlığa, döyüş hazırlığına, ortaq maraqlara və imkanlara malik başqa bir tərəfdaşı yoxdur",-deyə bildirib.

Xəzər

"Cebheinfo.az"

Chosen
8
1
cebheinfo.az

2Sources