EN

Yumurta ucuzlaşacaq Bu TARİXDƏN

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda quşçuluq sahəsində əsas məhsullar üzrə müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb. Hesabat dövründə 764,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da 4,3 faiz azalma deməkdir.Nəzərə alaq ki, yumurta ən çox tələb olunan ərzaq məhsulları sırasındadır. Ölkəmizin yumurtaya olan tələbatı yerli istehsal hesabına ödənilir.Yumurta istehsalında azalma ilk növbədə qıtlığa səbəb ola bilər. Bu isə qiymətlərin yüksəlməsi ehtimalını gündəmə gətirib.Yumurta bahalaşacaq?Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, yumurta istehsalında elə bir azalma yoxdur:“Tələbata uyğun olaraq yumurta istehsal olunur. Heç bir qıtlıq gözlənilmir. Əksinə artıq yumurtanı aprel və may aylarında xaricə ixrac etmişik. Bizim hesablamalarımıza görə istehsal növbəti aylarda artacaq və iyun ayında yumurtanın qiyməti bir qədər ucuzlaşacaq”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
3
bizim.media

7Sources